Avstriyalı nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib

Avstriyalı nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib

Hazırda oxunan: Avstriyalı nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib
599950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 5-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.
 

Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.


Avstriyanın naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
 

Nazir Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə edilməklə təxliyəsinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib.


Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO