
- A-
- A
- A+
Peskov Putini TƏRİFLƏDİ
Rusiya Prezidenti Vladimir Putin ölkədə bütün yaş qrupları arasında — sözün əsl mənasında, kiçikdən böyüyə qədər — populyardır.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.
Putinin təsviri olan müxtəlif məhsulların satışından danışan Kreml nümayəndəsi qeyd edib ki, dövlət başçısı “həqiqətən də populyardır”.
“Onun populyarlığını rus dilində desək, kiçikdən böyüyə qədər ifadə etmək olar, — deyə Peskov bildirib. — Ölkəmizdə Putin bütün yaş kateqoriyalarında populyardır və müxtəlif yaş qruplarından olan vətəndaşların etimadından yararlanır.”
Putinin təsviri olan məhsullara toxunan mətbuat katibi sözlərini belə yekunlaşdırıb:
“Bu da ona olan sevginin ifadə formalarından biridir.”
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































