Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

Hazırda oxunan: Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
593236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xatırladaq ki, bir müddət öncə Koroğlu-Maştağa-Buzovna istiqamətində hərəkət edən 107 nömrəli marşrutunun yararsız vəziyyətdə olması ilə bağlı məsələni işıqlandırmışdıq.

Belə ki, sərnişinlər bildirmişdilər ki, avtobus köhnə olduğu üçün hərəkət zamanı problemlər yarana bilir.

Son günlər isə belə bir iddia yayılıb ki, bu marşrut üzrə avtobusların yenilənməsi gözlənilir.

Məsələni aydınlaşdırmaq üçün marşrutun daşıyıcı şirkəti  "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə saxladıq.

O açıqlamasında bu məlumatı təsdiqləyib, bildirib ki, bu avtobusların dəyişdirilməsi gözlənilir.

"Bəli, 107 nömrəli marşrut xətti üzrə avtobuslar 2026-cı ilin ortasından sonra avqustda, sentyabrda dəyişəcək. Daşıyıcı şirkət yox, sadəcə avtobuslar dəyişəcək".

Bəs yeni avtobuslar elektrikli olacaq?

"Xeyr, avtobuslar elektrikli yox, qazla işləyən, kart sistemli olacaq".

İradə Əliyeva bildirib ki, şirkətin tabeliyində olan başqa  avtobusların da yenilənməsiylə bağlı planlar var.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO