
- A-
- A
- A+
ABŞ-da şəxsi təyyarə qəzaya uğradı – 8 nəfərin taleyi bilinmir
Bazar günü axşam saatlarında Men ştatının Banqor Beynəlxalq Hava Limanında göyərtəsində səkkiz nəfərin olduğu şəxsi təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CBS telekanalı yazıb.
Mənbə qeyd edir ki, təyyarədəki sərnişinlərin taleyi barədə hələlik məlumat yoxdur.
Qəzadan dərhal sonra təcili yardım xidmətləri hadisə yerinə yollanıb. İnsidentin ardınca hava limanı bağlanıb. Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarə qəza ilə bağlı təhqiqata başlayıb.
Qəzanın səbəbi məlum deyil. Hadisə ölkənin şimal-şərqdə şiddətli qar fırtınası zamanı baş verdiyi deyilir.
Xatırladaq ki, bir müddət öncə güclü qarla müşayiət olunan qasırğa səbəbindən ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət rejimi elan edilib və ümumilikdə 17 mindən çox aviareys ləğv olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































