"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi -VİDEO

"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi -VİDEO

Hazırda oxunan: "Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi -VİDEO
591724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film ərsəyə gəlib.

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, film Rusiya imperiya rəhbərliyi tərəfindən həmin dövrdə günahsız yerə həbs edilərək Rusiyanın Ulyanovsk şəhərinə aparılan və ağır işgəncələrə məruz qalan 46 nəfər azərbaycanlının taleyindən bəhs edir.

Ekran əsərində böyük risk və misilsiz qəhrəmanlıq nümayiş etdirərək bu 46 nəfərin həbsxanadan azad olunmasına nail olan Varis Məcidovun fəaliyyəti ön plana çıxarılır. Bildirilir ki, Varis Məcidov həmin dövrdə Rusiyanın Ulyanovsk vilayətində yaşayan və polis kapitanı kimi çalışan azərbaycanlı olub.

Filmdə alimlər, gəmi kapitanları, televiziya işçiləri, dəmiryolçular və azadlıq hərəkatının fəalları da daxil olmaqla, məhbusların üzləşdiyi ağır şərait, onlara verilən işgəncələr və azadlığa aparan çətin yol ətraflı şəkildə təqdim olunur.

Filmin ideya müəllifi və layihə rəhbəri Xuraman Osmanova, ssenari müəllifləri Vahid Orucov və Bariqəm Şirəliyev, rejissoru isə Nicat Cəlilovdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO