
- A-
- A
- A+
Region
09:50 / 07.01.2026
1 dəq oxunma
Rusiya Dneprdə təhsil müəssisələrinə zərbə endirdi –Xəsarət alanlar var – VİDEO
Hazırda oxunan: Rusiya Dneprdə təhsil müəssisələrinə zərbə endirdi –Xəsarət alanlar var – VİDEO
589399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Yanvarın 7-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə hücum edib.
Hücum nəticəsində 10-dan çox çoxmərtəbəli yaşayış binası, peşə məktəbi, bir məktəb və iki uşaq bağçası zərər görüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhər meri Boris Filatov yayıb.
Onun sözlərinə görə, yüzlərlə pəncərə sınıb, bir sıra avtomobillər yanıb, bəzi ərazilərdə istilik şəbəkəsi zədələnib.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır. Xəsarət alanlardan bəzilərində qəlpə yaraları qeydə alınıb, digərləri isə güclü stress keçirib.
Hazırda şəhər üzrə dəymiş zərərin dəqiqləşdirilməsi davam edir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































