Trampın kürəkəni: Kiyevin təhlükəsizlik zəmanətləri həll olunub

Trampın kürəkəni: Kiyevin təhlükəsizlik zəmanətləri həll olunub

Hazırda oxunan: Trampın kürəkəni: Kiyevin təhlükəsizlik zəmanətləri həll olunub
589397
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərb ölkələri və Ukrayna Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, bütün məsələləri razılaşdırıblar. Lakin bu, sülhün mütləq əldə olunacağı anlamına gəlmir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu “istəkli koalisiya”nın görüşünün yekunlarına görə ABŞ nümayəndə heyətinin üzvü, ABŞ prezidentinin kürəkəni və sahibkar Cared Kuşner bildirib.
 

“Bu zəmanətlər son bir ay ərzində ukraynalılar və avropalılarla məsləhətləşmələr zamanı hazırlanıb. Deyə bilərəm ki, mənim fikrimcə, bugünkü gün çox mühüm bir mərhələ oldu”, – deyə Kuşner əlavə edib.


“Bu, sülhə nail olacağımız demək deyil, amma bu gün burada əldə olunan irəliləyiş olmadan sülh də mümkün olmazdı. Nəzərdə tuturam ki, əgər Ukrayna yekun razılaşma imzalamaq niyyətindədirsə, o, saziş bağlandıqdan sonra təhlükəsiz olacağını bilməlidir”, – deyə ABŞ nümayəndə heyətinin təmsilçisi yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO