Xameneidən Trampın təhdidlərinə CAVAB – FOTO

Xameneidən Trampın təhdidlərinə CAVAB – FOTO

Hazırda oxunan: Xameneidən Trampın təhdidlərinə CAVAB – FOTO
588761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın ali rəhbəri Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
 

MÖVZU İLƏ BAĞLI: 

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ


Bizim.Media xəbər verir ki, İranın ali rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

Xamenei paylaşımında İranın təzyiq və ultimatumlara boyun əyməyəcəyini, xaricdən iradə qəbul etdirmə cəhdlərinə isə qətiyyətlə müqavimət göstərəcəyini vurğulayıb.
 

O, bildirib ki, düşmənin ölkəyə, hakimiyyətə və xalqa təzyiq göstərmək cəhdləri qarşısında mövqedən geri çəkilmək niyyətində deyillər.


Xamenei qeyd edib ki, İran Allaha və xalqın dəstəyinə arxalanaraq bu təzyiqlərə qarşı duracaq və mövqeyini müdafiə edəcək.

Xatırladaq ki, yanvarın 1-də ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı bəyanat yayıb.

“Əgər İran dinc etirazçıları atəşə tutub zorakılıqla öldürərsə, (bu, onların adətidir) ABŞ onların köməyinə gələcək. Biz silahlanmışıq, yüklənmişik və getməyə hazırıq”, - deyə ABŞ lideri qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO