Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Hazırda oxunan: Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər
588512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 31-də axşam və yanvarın 1-də gecə saatlarında yağan güclü qar Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun Cvari-Laxamula və Uşquli-Lasdili arasındakı hissələrində qar uçqununa səbəb olub. Qar uçqunu səbəbindən bir neçə avtomobil tuneldə qalıb.

Bizim.Media xəbər verir ki, ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Gürcüstan Avtomobil Yolları departamentindən bildirilib ki, qar uçqunu səbəbindən tuneldə qalan vətəndaşlar təhlükəsiz şəkildə təxliyə edilib, yolda qar təmizləmə işləri aparılır.
 

Qərbi Gürcüstanın Gebi Departamentinin açıqlamasında isə deyilir ki, qar və uçqun təhlükəsi səbəbindən Zuqdidi-Cvari-Mestia-Lasdili dövlət əhəmiyyətli avtomobil yolunun Cvari-Laxamula və Uşquli-Lasdili hissələrində bütün növ motorlu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.


Avtomobil yolunun Laxamula-Uşquli hissəsində yüngül motorlu nəqliyyat vasitələrinin sürüşməyə qarşı zəncirlərlə hərəkət etməsinə icazə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO