Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Hazırda oxunan: Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO
588066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus "Kovan" ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.


Sahibkar sosial şəbəkələrdə yayımlanan video ilə bağlı verdiyi izahatda ov quşlarının satışının həyata keçirilmədiyini, həmin görüntülərin yalnız müştəri cəlb etmək məqsədilə reklam xarakteri daşıdığını bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO - foto 1
Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO - foto 2
Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO