""Gəncə qapıları" gündəmdə deyil" - Gürcüstan XİN

Hazırda oxunan: ""Gəncə qapıları" gündəmdə deyil" - Gürcüstan XİN
58718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Gürcüstandan Gəncə qapılarını geri istəyir - Danışıqların detalları açıqlandı


“Gəncə qapılarına gəlincə, bu məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Buna müvafiq olaraq, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunda da əks edilməyib”.

Gəncə qapılarının bir tayı qonşu ölkənin Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO