Həkimlərin maaşı nə qədər ARTIB?

Həkimlərin maaşı nə qədər ARTIB?

Hazırda oxunan: Həkimlərin maaşı nə qədər ARTIB?
586389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artaraq 1 850 manata çatıb və ölkə üzrə orta əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyib. Bu, həkim əməyinə verilən dəyərin real ifadəsidir. Orta və kiçik tibb heyəti üzrə də əməkhaqları müvafiq olaraq 96, 78 faiz artaraq sabit və proqnozlaşdırılan gəlir səviyyəsinə yüksəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O qeyd edib ki, səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir:

“Əldə olunan nəticələr göstərir ki, tətbiq edilən həvəsləndirici mexanizmlər, Vahid Tarif Cədvəlinə (VTC) əsaslanan tarif maaşları və şəffaf əməkhaqqı sistemi tibb işçilərinin sosial rifahının yüksəldilməsinə real töhfə verib. Bu artımlar eyni zamanda səhiyyə sistemində kadrların saxlanılmasını, peşəyə marağın artmasını və xidmət keyfiyyətinin yüksəlməsini təmin edib”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO