Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO
586316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib.
 

Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.


Görüşdə bərpa olunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO