Fransadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın ARTIB

Fransadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın ARTIB

Hazırda oxunan: Fransadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın ARTIB
585666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,857 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,076 milyon ABŞ dolları və ya 35% azdır.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,027 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,192 milyon ABŞ dolları və ya 2,8 dəfə artım deməkdir.
 

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,2% təşkil edib.


2024-cü ilin ilk 9 ayında Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,933 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,835 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib.

Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO