“United Airlines” təyyarəsinin mühərriki Yaponiyaya uçuş zamanı İŞLƏMƏYİB

“United Airlines” təyyarəsinin mühərriki Yaponiyaya uçuş zamanı İŞLƏMƏYİB

Hazırda oxunan: “United Airlines” təyyarəsinin mühərriki Yaponiyaya uçuş zamanı İŞLƏMƏYİB
585479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vaşinqtondan Tokiyoya gedən sərnişin təyyarəsinin mühərriki uçuş zamanı işləməyi dayandırıb.

Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı The New York Post (NYP) yayıb.

Məlumata görə, hadisə Dulles Beynəlxalq Hava Limanında baş verib. “United Airlines” şirkətinə məxsus təyyarə mühərrikinin işləməməsi səbəbindən qalxdıqdan dərhal sonra ABŞ paytaxtındakı hava limanına geri dönməli olub.
 

Manevr zamanı mühərrikin bir hissəsi qopub yanıb, nəticədə hava limanına yaxın meşə ərazisində yanğın baş verib. Təyyarədə cəmi 275 sərnişin və 15 ekipaj üzvü olub. Təyyarə uğurla eniş edib, heç kim xəsarət almayıb.


Hadisədən sonra təyyarə uçuşlardan uzaqlaşdırılıb, Federal Mülki Aviasiya İdarəsi insidenti araşdırmağa başlayıb. Həmin reys isə başqa vaxta təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO