Tələbələr “ağıllı qələm” ixtira etdi

Tələbələr “ağıllı qələm” ixtira etdi

Hazırda oxunan: Tələbələr “ağıllı qələm” ixtira etdi
585158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Arxangelsk şəhərində tələbələr yazı vərdişlərini yaxşılaşdırmaq üçün xüsusi “ağıllı qələm” hazırlayıblar.

Bizim.Media xəbər verir ki, yenilikçi cihaz əl hərəkətlərini izləyir, trayektoriyanı korrektə edir və istifadəçiyə sətirləri daha düz, yazını isə daha səliqəli etməyə kömək edir.

Layihənin müəlliflərindən biri Kira Dedovanın sözlərinə görə, əsas məqsəd yazını həm rahat, həm də inkişaf üçün faydalı prosesə çevirməkdir:
 

“Biz istəyirik ki, yazmaq təkcə komfortlu deyil, həm də vərdişlərin inkişafına kömək edən bir proses olsun. Hazırda müxtəlif istifadəçi qrupları üçün ayrıca prototiplər üzərində işləyirik”.


Yeni qələm həmçinin biləyə düşən yükü azaldır, bu isə xüsusilə çox yazan məktəblilər üçün vacibdir.

İxtiraçı komanda gələcəkdə qurğunu bir sıra əlavə funksiyalarla təkmilləşdirməyi planlaşdırır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO