
- A-
- A
- A+
Multimedia
10:52 / 08.12.2025
1 dəq oxunma
Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil oldu – VİDEO
Hazırda oxunan: Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil oldu – VİDEO
584393
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyə Silahlı Qüvvələri Suriyaya eyni anda üç istiqamətdən (Afrin, Ras əl-Ayn və şimali Hələb) daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Türk bölmələrinin əsas irəliləmə xətti Mənbic xəttidir.
Eyni zamanda, rəsmi Dəməşq də Suriya Demokratik Qüvvələrinin (PKK/YPG terror təşkilatı) nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr köçürür.
Hazırda Türkiyə ordusunun karvanı Deyr Ballut sərhəd keçid məntəqəsindən daxil olaraq Hələb əyalətinə doğru hərəkət edir.
Digər bir karvan isə gecə ərzində Ədvaniyyə keçid məntəqəsindən sərhədi keçib. Karvanlara zirehli texnika və hərbi logistika elementləri daxildir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































