9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO

Hazırda oxunan: 9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO
580431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Göytəpə şəhərində 2016-cı ildən bəri itkin düşmüş kimi axtarılan Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirildiyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Əvvəl döyüb, sonra boğaraq öldürüb - Cəlilabadda 9 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI


Bizim.Media Cənub bürosu xəbər verir ki, hadisə Göytəpə şəhəri, Vasif Hüseynov küçəsində baş verib.

43 yaşlı qadının meyiti uzun illər əvvəl basdırıldığı köhnə tikilidə tapılıb. Yaxınlarının sözlərinə görə, Xəyalə Xəlilova sonuncu dəfə qonşuluqda keçirilən ziyafətdə iştirak edib, lakin həmin gecə evə dönməyib və səhər saatlarından etibarən axtarışa verilib.

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin qadınla aralarında yaranan mübahisə zamanı onu döyüb, daha sonra boğaraq öldürdüyü və meyitini gizlətdiyi müəyyən edilib.

Meyitin yeri müəyyən edilərək ekspertiza üçün çıxarılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Şübhəli şəxs Elnur Eynullayev saxlanılıb və istintaqa təhvil verilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 1
9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 2
9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 3
9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 4
9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 5
9 il sonra qətlə yetirildiyi üzə çıxdı – Xəyalənin ölümü ilə bağlı YENİ DETALLAR – FOTO - foto 6


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO