“Azəriqaz” bu abonentini pulsuz qazla təmin edəcək - FOTO

“Azəriqaz” bu abonentini pulsuz qazla təmin edəcək - FOTO

Hazırda oxunan: “Azəriqaz” bu abonentini pulsuz qazla təmin edəcək - FOTO
57744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2,4 milyonuncu abonentinin adı məlum olub.

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, o, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil Canəkbər qızı İsgəndərovadır.

Ailənin maddi durumunda sıxıntılar olduğundan “Azəriqaz” İB bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. 

"Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub.

Bu məqsədlə Birliyin Baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov abonentin fərdi yaşayış evini ziyarət ediblər", deyə "Azəriqaz"dan bildirilib.

Görüş zamanı Ruslan Əliyev tərəfindən abonentin ailə başçısına təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub.

Birliyin Baş direktoru ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlanıb.

Ailənin maddi durumunun çox ağır olduğunu öyrənən birlik rəhbəri ailə başçısı Bəhruz Zalovun “Azəriqaz” İB-də müvafiq işlə də təmin olunacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO