İstanbul aeroportunda uçuşlar bu gün gecəyədək dayandırıldı – ÇOVĞUN DAVAM EDİR

İstanbul aeroportunda uçuşlar bu gün gecəyədək dayandırıldı – ÇOVĞUN DAVAM EDİR

Hazırda oxunan: İstanbul aeroportunda uçuşlar bu gün gecəyədək dayandırıldı – ÇOVĞUN DAVAM EDİR
57047
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Hava Yolları İstanbul aeroportunda əməliyyatları bu gün saat 00:00-dək dayandırıb.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat müşaviri Yahya Üstün tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, müvafiq xidmətlər hava limanlarını və uçuş-eniş zolaqlarını hazır vəziyyətə gətirmək üçün işləri davam etdirirlər. Uyğun bilinərsə, bəzi səfərlər istisna olaraq icra edilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü qar İstanbulu iflic etdi – FOTO/VİDEO


Xatırladaq ki, yanvarın 21-dən başlayaraq Türkiyənin bir çox ərazilərində çovğun hökm sürür. Əlverişsiz hava şəraiti ən çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək meqapolisdə sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Ankara-İstanbul avtomagistralında nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.

İstanbulun bəzi rayonlarında qalın qalınlığı 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO