Mingəçevir şəhərində güclü partlayış – Bir ev tamamilə yandı – 3 nəfər xəsarət aldı - FOTO

Mingəçevir şəhərində güclü partlayış – Bir ev tamamilə yandı – 3 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Mingəçevir şəhərində güclü partlayış – Bir ev tamamilə yandı – 3 nəfər xəsarət aldı - FOTO
52828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son anda Mingəçevirdən alınan məlumata görə, şəhərdə güclü partlayış olub.

Bu haqda informasiyanı Bizim.Media-nın yerli bürosu yayıb.

Mənbə qeyd edir ki, Günəşli yaşayış məskənində evlərin birində qaz sızması nəticəsində güclü partlayış olub. Nəticədə ev tamamilə yanıb və yararsız vəziyyətə düşüb.

Yanğın qonşu evə də keçib. FNH-dən verilən məlumatda deyilir ki, partlayış yaxınlıqdakı 11 evə də ziyan verib, bəzilərinin divarı uçub, şüşələri qırılıb və damı uçub. Küçədə dayanan bir maşına də ciddi zərər dəyib.

Hadisə zamanı partlayış baş verən evin sahibi, 55 yaşlı Sevinc Qəmbərova, 1992-ci il təvəllüdlü İlkin Məmmədov və qonşu evdə yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Ehtiram Muradov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO