
- A-
- A
- A+
Qubada bu yollar buz bağladı - 17 dərəcə şaxta var - FOTO
Bu gecə şimal bölgəsində ən yüksək şaxtalı hava qeydə alınıb.
Quba ərazi hidrometerolgiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, Qubanın Qrız kəndində 17 dərəcə şaxta müşahidə edilib.
Mənfi temperatur Xınalıqda 14, Qusarın Həzrə kəndində 8 dərəcə təşkil edib. Quba, Qusar rayonlarının avtomobil yolları buz bağlayıb.
Quba-Xınalıq, Quba-Qonaqkənd, Quba-Zərqava avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Demək olar ki, həmin istiqamətdən Qubanın rayon mərkəzinə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yol təsərrüfatı işçiləri yolların qardan təmizlənərək qum-çınqıl tökülməsini təmin etsələr də şaxta səbəbindən hərəkət çətinləşib.
Quba Dövlət Yol Polisi sürücülərə belə havada zəruri olmayan hallarda nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyyə edir.
Yolların təhlükəsizliyi üçün tədbirlər davam edir.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































