Prezidentin köməkçisi: “Peyvəndlə bağlı danışıqlar aparılır”

Prezidentin köməkçisi: “Peyvəndlə bağlı danışıqlar aparılır”

Hazırda oxunan: Prezidentin köməkçisi: “Peyvəndlə bağlı danışıqlar aparılır”
4643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səhiyyə sisteminin yükünün artması ilə bağlı sosial şəbəkələrdə də narazılıqlara rast gəlinir. Bu, səhiyyə sisteminin yüklənməsi ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, bildirib ki, peyvənd olana qədər bu sərt dalğalanmalar davam edəcək”.

Prezidentin köməkçisi qeyd edib ki, 18 yanvara qədər qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirlər:

“Hazırda biz də peyvəndlə bağlı prosesləri izləyirik, bütün şirkətlərlə əlaqələrimiz var, danışıqlar aparırıq. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksini Azərbaycana gətirəcəyik. Qısa müddətdə peyvənd haqqında, ilk növbədə kimlərə vurulması barədə məlumat veriləcək",- deyə Prezidentin köməkçisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO