Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu

Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu
40314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 6-da yerli vaxtla saat 2:46 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bizim.Media Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturasının Sakit okean sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Nəticədə üç nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, lakin ciddi dağıntıların baş vermədiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələdən sonra tabeliyində Aomori və Miyaqi prefekturalarında iki atom elektrik stansiyası olan “Tohoku Electric Power Co.” şirkəti normadan yayınma hallarının baş vermədiyi barədə məlumat yayıb.

Güclü yeraltı təkanlarla əlaqədar mərkəzi hökumət Baş nazirin ofisi yanında informasiyanın toplanması və təhlili məqsədi ilə xüsusi qərargah yaradıb.

Bizim.Media

Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO