Cib kalkulyatoru ixtiraçısı öldü - FOTO

Hazırda oxunan: Cib kalkulyatoru ixtiraçısı öldü - FOTO

37492

Cib kalkulyatoru və ev kompüterinin yaradıcısı, britaniyalı ixtiraçı Klayv Sinkler vəfat edib. 

Bizim.Media xəbər verir ki, 81 yaşlı alim Londonda uzun sürən xəstəlikdən ölüb. 

Klayv Sinkler ev kompüterlərinin yayılmasında əhəmiyyətli rol oynayıb. 1961-ci ildə, 21 yaşında olarkən Sinkler cib kalkulyatoru istehsal edən “Sinclair Radionics”i yaradıb.

1973 -cü ildə “Sinclair Research” adlı yeni bir ev kompüter şirkəti qurub. Şirkətin buraxdığı ilk kompüterlər ZX80 və ZX81 (1980 və 1981-ci illərdə) o dövrün digər kompüterlərindən təxminən beş dəfə ucuz idi. 

1982-ci ildə çıxan “ZX Spectrum” Avropanın ən çox satılan kompüterlərindən birinə çevrildi və Böyük Britaniyada oyun sənayesinin inkişafında həlledici rol oynadı. 

Sinkler 1983-cü ildə qazandığı uğurlara görə “Cəngavər” tituluna layiq görüldü.

“Sinclair Research” həmçinin ticari olaraq müvəffəqiyyət qazana bilməyən “Sinclair C5” üç təkərli elektrikli avtomobili və “Sinclair TV80” portativ televizor da istehsal edib.

Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO