Korona vaksinlərinin REAL QİYMƏTİ - ARAŞDIRMA

Korona vaksinlərinin REAL QİYMƏTİ - ARAŞDIRMA

Hazırda oxunan: Korona vaksinlərinin REAL QİYMƏTİ - ARAŞDIRMA

33850

Avqustun 22-də Səhiyyə nazirinin birinci müavini Teymur Mustafayev Azərbaycanın bir çox ölkələrə vaksin yardımı etdiyini bildirib. Lakin nazir müavini vaksinləri  qiymətinin kommersiya sirri olduğunu da qeyd edib. Doğrudur, ölkələrin koronavirus əleyhinə peyvəndləri hansı qiymətlərlə əldə etdiyi ilə bağlı faktlar xeyli azdır. Lakin vaksin istehsal edən şirkətlərin peyvəndləri hansı qiymətlərlə satdığı ilə bağlı məlumatlar mövcuddur.

Belə ki, aparılan araşdırmalara görə hər bir vaksin satıldığı areala görə fərqli qiymətlərlə alıcılara təqdim olunur.

Məsələn, Almaniya istehsalı olan “Pfizer-Biontech” Afrika ölkələrində 6,75 dollardan satıldığı halda, İsraildə bu qiymət 28 dollar təşkil edib.

Avropa ölkələrində geniş istifadə olunan “Pfizer” və “Moderna” üçün isə İttifaq ölkələri ümumilikdə 31 milyard avro vəsait ödəyib və 1,96 milyard vaksin sifariş edib. Bu isə hər doza üçün 15 avrodan çox məbləğin ödənildiyi deməkdir.
 

Lakin həmin “Moderna” vaksininin bir dozası Cənubi Afrika Respublikasında daha yüksək məbləğə, daha dəqiq desək 30-42 dollara satılır.


Maraqlıdır ki, Çinin “Sinopharm” peyvəndi öz seqmentinə görə daha yüksək qiymətlə - 40 dollara alıcılara təqdim olunub.

Ümumilikdə isə, ölkəmizdə də istifadə olunan peyvəndlərin orta qiymətləri bu cürdür:

1. “Sinovac” – 30 dollar

2. “Pfizer” – 20 dollar

3. “Sputnik V” – 10 dollar

4. “AstraZeneca” – 4 dollar
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Lakin qeyd etməliyik ki, sözügedən peyvəndlərdən Azərbaycan vətəndaşları heç bir pul ödəmədən yararlana bilərlər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO