Sumqayıtda narkotik satan 4 nəfər tutuldu

Sumqayıtda narkotik satan 4 nəfər tutuldu

Hazırda oxunan: Sumqayıtda narkotik satan 4 nəfər tutuldu
30323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin Corat qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin, heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər şəxs saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə narkotiki təbliğ edən daha 6 nəfər tutuldu - VİDEO


Onların Elmar Teymurov, Könül Sadıqova, Kamran Əliyev və Elçin Şükürov olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb.

Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və müxtəlif illərdə 20 il məhkumluq həyatı yaşamış Elmar Teymurov və Kamran Əliyevdən heroin, Elçin Şükürovdan marixuana, “patı” adlandırılan metamfetamin və Könül Sadıqovadan metamfetamin aşkarlanıb.

Həmin şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO