Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Hazırda oxunan: Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək
29280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koronavirusdan sonra Rusiya və Azərbaycan arasında münasibətlər, xüsusən iqtisadi əlaqələr bərpa olunur. Bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əliyev və Putin regiondakı vəziyyəti müzakirə etdi


Prezident Vladimir Putin qeyd edib ki, Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır və bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq.

Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq.

Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur. 

İki ölkənin koronavirusa qarşı mübarizədə getdikcə daha fəal əməkdaşlıq etdiyini vurğulayan Rusiya Prezidenti Moskva və Bakının Azərbaycanda vaksin istehsalın genişləndirilməsi üzərində işlədiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO