İstanbul valisi: 17 nəfər panikaya düşərək yaralanıb, dağıntı yoxdur

İstanbul valisi: 17 nəfər panikaya düşərək yaralanıb, dağıntı yoxdur

Hazırda oxunan: İstanbul valisi: 17 nəfər panikaya düşərək yaralanıb, dağıntı yoxdur
273627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul valisi Davut Gül Tekirdağın Marmaraereğlisi sahillərində baş verən və İstanbul da daxil olmaqla ətraf vilayətlərdə hiss edilən 5 bal gücündə zəlzələyə dair açıqlamasında bildirib ki, şəhər üzrə 17 nəfər panikaya düşərək yaralanıb, hər hansı dağıntıya rastlanmayıb.

Bizim.Media xəbər verir ki, Fəlakət və Təcili Hallar İdarəsinin (AFAD) saytında verilən məlumata görə, Tekirdağın Marmaraereğlisi sahillərində 5 bal gücündə zəlzələ baş verib. 

6,71 km dərinlikdə yaranan silkələnmə İstanbul da daxil olmaqla ətraf vilayətlərdə hiss olunub və vətəndaşlar panikaya düşərək küçələrə çıxıblar.

İstanbul valiliyindən edilən açıqlamada isə şəhərdə hər hansı ziyan barədə məlumatın olmadığı bildirilib. 

“Vətəndaşlarımızdan xahiş edirik ki, zədələnən binalara yaxınlaşmasınlar və səlahiyyətli qurumların açıqlamalarını izləsinlər,” – deyə qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO