Ailə üzvləri Xankəndiyə buraxılmadı, postun suyunu kəsdi

Ailə üzvləri Xankəndiyə buraxılmadı, postun suyunu kəsdi

Hazırda oxunan: Ailə üzvləri Xankəndiyə buraxılmadı, postun suyunu kəsdi
269499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.

Bizim.Media xəbər verir ki, Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10-OL-016 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilində beş nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.

Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki iki nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər.

Bundan əsəbiləşən avtomobil sahibi Xankəndi şəhərinə gedərək, icarə əsasında işlətdiyi hotelin həyətindən polis postuna gələn su xəttini bağlayıb. Nəticədə Xankəndi şəhərinin girişindəki post 24 saat susuz qalıb.

Faktla bağlı protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə sahibkar dörd sutka müddətinə inzibati qaydada həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO