Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ: Elektron müraciət başladı

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ: Elektron müraciət başladı

Hazırda oxunan: Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ: Elektron müraciət başladı
268066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.

Bu barədə Bizim.Media-ya kollegiyadan məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.
 

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.


Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO