Bakıda kişi bank kartına görə arvadını döydü

Bakıda kişi bank kartına görə arvadını döydü

Hazırda oxunan: Bakıda kişi bank kartına görə arvadını döydü
267921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda arvadını döyən kişi həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
 

31 yaşlı Məhəmməd həyat yoldaşı Pərvinin gizli bank kartı işlətdiyini və həmin karta pul göndərildiyini öyrənib.


Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd yataq otağında qadını döyərək ona müxtəlif xəsarətlər yetirib. Onun mətbəxə keçməsindən istifadə edən Pərvin isə yaxınlıqdakı marketə qaçaraq, telefonla DİN-in 102 qaynar-xəttinə zəng edib. Nəticədə Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Nərimanov rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə Məhəmməd cəzasını ümumi rejimli həbsxanada çəkməklə, 3 ay müddətinə azadlıqdan məhrum olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO