Macarıstan XİN: “Bizi Ukrayna müharibəsinə cəlb etməyə çalışırlar” – VİDEO

Macarıstan XİN: “Bizi Ukrayna müharibəsinə cəlb etməyə çalışırlar” – VİDEO

Hazırda oxunan: Macarıstan XİN: “Bizi Ukrayna müharibəsinə cəlb etməyə çalışırlar” – VİDEO
266438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstana xam neft nəqli yenidən dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında yazıb.

“Gecə ərzində Rusiya-Belarus sərhədindəki “Dostluq” neft kəmərinə dəfələrlə hücum edildiyi xəbərini aldıq. Bu qısa müddət ərzində baş verən 3-cü hücumdur. Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücum və bizi müharibəyə sürükləmək üçün daha bir cəhddir”, - deyə Siyarto qeyd edib.

Nazir vurğulayıb ki, Macarıstanı müharibəyə cəlb etmək yönündə səylər nəticə verməyəcək:
 

“Sülh istiqamətində səyləri dəstəkləməyə və milli maraqlarımızı bütün gücümüzlə qorumağa davam edəcəyik”, - deyə Siyarto əlavə edib.


Xatırladaq ki, 13 və 18 avqust tarixlərində də Rusiyadan Macarıstana neft nəql edən “Dostluq” kəmərinə hücumlar edilmişdi. Rəsmi Budapeşt sözügedən hücumlara görə, Kiyevi ittiham edərək, bu cür addımların qəbuledilməz olduğunu bildirmişdi.



Macarıstan XİN: “Bizi Ukrayna müharibəsinə cəlb etməyə çalışırlar” – VİDEO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO