Bilal Ərdoğan: “Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın”

Bilal Ərdoğan: “Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın”

Hazırda oxunan: Bilal Ərdoğan: “Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın”

265582

“Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın”.

Bizim.Media xəbər verir ki, bu sözləri Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalında jurnalistlərə müsahibəsində deyib. "Ənənəvi idman növlərini inkişaf etdirək ki, milli kimliyimizi qoruya bilək. Hər kəs öz mədəniyyətini yaşatsın, eyni səviyyədə olsun. Yaylaq festivalında fərqli mədəniyyətlərdən olan insanları görmək çox sevindirici məqamdır. Biz də 10 ildir Dünya Etnoidman Konfederasiyası olaraq mədəniyyətlərin məhv olmaması üçün çalışırıq. Bu yolda daim öz dəstəyini göstərən Prezident İlham Əliyevə təşəkkür edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO