Bu maşınlar 2 ay ərzində 4 min manat ucuzlaşdı - FOTO

Bu maşınlar 2 ay ərzində 4 min manat ucuzlaşdı - FOTO

Hazırda oxunan: Bu maşınlar 2 ay ərzində 4 min manat ucuzlaşdı - FOTO
265311
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin avtomobilləri xeyli ucuzlaşıb.

Bizim.Media xəbər verir ki, bir neçə ay ərzində Çin avtomobillərinin qiymətində kəskin düşüş müşahidə olunur.

Bir neçə ay əvvəl sifarişlə 22500 manata ölkəyə gətirilən BYD Destroyer 05 modelini hazırda sifarişlə 18600 manata gətirmək mümkündür.

Eləcə də Changan Qiyuan A05 modeli əvvəllər 23500 manata başa gəlirdisə, hazırda yenisini gömrük daxil 20500 manata almaq mümkündür.

Cəmi bir neçə ay ərzində Çin avtomobillərinin 4 min manata yaxın ucuzlaşması alıcılarda narahatlıq doğurub.
 

Ekspertlər bunun Çin avtomobillərinin keyfiyyətsizliyi, sınaqdan uğurla çıxa bilməməsi ilə əlaqələndirirlər. Həmçinin bildirilir ki, ölkədə bu maşınların çoxluğu da ucuzlaşmaya səbəb olmaqdadır.


Qeyd edək ki, bu ucuzlaşma 0 km modellərə aiddir, ikinci əl Çin avtomobillərinin nə qədər ucuzlaşacağı isə sual altındadır.(Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO