
- A-
- A
- A+
Rusiya atom bombasından 100 dəfə daha güclü SİLAHINI üzə çıxardı – FOTO
Rusiya son 30 ildə istehsal etdiyi ən böyük dənizaltı “Belgorod” gəmisini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya telekanalından Qarabağda növbəti təxribat - VİDEO
Məlumata görə, “dəniz canavarı” hər biri iki milyon ton TNT-yə bərabər olan 6 nüvə silahlı torpedo ilə təchiz olunub.
Başqa sözlə deyilsə, “dəniz canavarı” ikinci dünya müharibəsində Xirosimaya atılan atom bombasından 130 qat daha ölümcül silahlara ev sahibliyi edir.
Qeyd edilir ki,15 min ton ağırlığında olan gəmiyə yerləşdirilmiş torpedolar sahil zolaqlarında sunami yarada biləcək gücə malikdir.
Rusiya donanmasının bir parçası olan gəminin sabotaj və gizli əməliyyatlar üçün hazırlandığı iddia edilir. Rusiya bu addımı Qara dəniz sularında İngiltərəyə məxsus döyüş gəmisinin üzə çıxmasından sonra atıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































