Putin Trampla sentyabrın 3-də Pekində görüşəcək – Barış masası Çində QURULACAQ?

Putin Trampla sentyabrın 3-də Pekində görüşəcək – Barış masası Çində QURULACAQ?

Hazırda oxunan: Putin Trampla sentyabrın 3-də Pekində görüşəcək – Barış masası Çində QURULACAQ?

263794

Rusiya KİV-ləri diplomatik mənbələrə istinadən sentyabrın 3-də Çin paytaxtı Pekində dünya gündəmini silkələyəcək görüşün baş tutacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, məlumata görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu tarixdə bir araya gələcək.

Bu görüş yalnız iki nəhəng dövlət başçısının görüşü deyil – bütün dünya üçün geosiyasi sarsıntı potensialı daşıyan hadisə kimi qiymətləndirilir.
 

Hazırda Rusiya-Ukrayna müharibəsinin taleyi, Qafqazdakı yeni nizam, Çin-ABŞ rəqabəti və enerji təhlükəsizliyi kimi məsələlər məhz bu görüşdə masa üzərinə qoyulacaq əsas mövzulardır.


Xatırladaq ki, Tramp administrasiyası son həftələr ərzində Rusiya ilə dialoq üçün intensiv təşəbbüslərlə çıxış edir. Putinlə ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoffun son Moskva görüşü, ardınca Trampın “əlamətdar irəliləyiş” açıqlaması, və nəhayət Zelenski ilə telefon danışığı bu diplomatik xəttin sistemli şəkildə qurulduğunu göstərir.

Pekindəki görüşün isə artıq sülh üçün final masası ola biləcəyi bildirilir.
 

Maraqlıdır ki, görüşün Çində keçirilməsi qlobal diplomatiya baxımından da simvolik məna daşıyır. Pekin bu görüşlə həm vasitəçi rolunu gücləndirmək, həm də ABŞ və Rusiya ilə paralel dialoq yürütmək imkanını artırmış olacaq.


Gözləntilər yüksəkdir: sentyabrın 3-ü tarixə Tramp-Putin barış masası, ya da yeni soyuq müharibənin başlanğıc nöqtəsi kimi düşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO