100 yaşını paraşütlə tullanaraq qeyd etdi - FOTO

100 yaşını paraşütlə tullanaraq qeyd etdi - FOTO

Hazırda oxunan: 100 yaşını paraşütlə tullanaraq qeyd etdi - FOTO

263168

ABŞ sakini olan 100 yaşlı qadın ad gününü özünəməxsus şəkildə qeyd edib.

Bizim.Media xəbər verir ki, Missuri ştatının Vebb Siti şəhərindən olan Peqqi Volf yubileyi şərəfinə paraşütlə tullanıb.
 

Qadın üç kilometr hündürlükdən paraşütlə tullanaraq onu təbrikə gələn dostlarını təəccübləndirib.Uçuş zamanı Volf bir ayaqqabısını itirsə də, buna heç üzülməyib.


Qeyd edək ki, Volf ilk dəfə paraşütlə 92 yaşında tullanıb.

Amerikalı qadın hesab edir ki, o, üç sadə qayda sayəsində bu qədər uzun yaşayıb. Bunlar aktiv həyat tərzi sürmək, düzgün yemək və spirtli içkilərdən çox istifadə etməməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO