Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir

Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir

Hazırda oxunan: Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir
262631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliyada tapılan daşın içindən qızıl yox, daha dəyərli bir xəzinə çıxıb.

Bizim.Media milli.az istinadla xəbər verir ki, həmin cisimdən dünyada cəmi 17 ədəddir.

2015-ci ildə Avstraliyanın Meriborou bölgəsində metal axtaran həvəskar David Hole torpaq altında qırmızımtıl gil qatı ilə örtülmüş ağır daş tapıb. O, daşın içində qızıl olduğunu düşünsə də əslində daha nadir və dəyərli meteorit kəşf etdiyini sonradan öyrənib.

Hole bu sirli daşı parçalamağa çalışsa da heç bir nəticə əldə etməyib. Nəhayət, o, daşı Melbourne Muzeyinə aparıb. Muzeyin geoloqu Dermot Henri daşın nadir göydaşı olduğunu təsdiqləyib.
 

"Maryborough meteoriti" adlandırılan bu 17 kiloqramlıq daş alimlər tərəfindən H5 tipli kondrit kimi təsnif edilib. Onun tərkibində Günəş sisteminin ilkin dövrlərinə aid kristallaşmış metal damcıları aşkar olunub. Bu cür daşlar Günəş sisteminin yaşı, tərkibi və mənşəyi barədə mühüm elmi məlumatlar verir.


Araşdırmalara görə bu göydaşı çox güman Mars və Yupiter arasındakı asteroid qurşağından gəlib və 100-1000 il əvvəl Yerə düşüb. O, Viktoriya əyalətində indiyədək tapılmış cəmi 17 göydaşından biridir və ölçüsünə görə ikinci yerdə dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO