Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO

Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO

Hazırda oxunan: Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO
262487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Şəkinin Baş Göynük kəndində qanlı cinayət hadisəsi törədilib.

Hadisə iyulun 29-da saat 20:00 radələrində Baş Göynük kəndinin Narıntop məhəlləsində baş verib. 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirib və 24 yaşlı Bünyad Babazadəyə isə xəsarət yetirib.

Bizim.Media Şəkinin Baş Göynük kəndində baş verən qətlin təfərrüatlarını öyrənib.

Mərhumun atası deyir ki, oğlu heç nədən qurban gedib. Söyülən, təhqir edilən də, öldürülən də onun oğludur.
 

Sakinlərin sözlərinə görə kəndin bir qrup gənci ərazidəki voleybol meydançasında top oynayırmış. Oyun da mübahisə və söyüşlərlə müşaiyət edilib. Mərhum Dəyanət Həşimovun ata yurdu da lap yaxınlıqda olub və o işdən yenicə gəlib həyat yoldaşı ilə həyət-bacada iş görürmüş.


Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 1

Dəyanət kənd uşaqlarının səs- küyünə məhəlləyə çıxıb və bir iki nəfərin ciddi mübahisə etdiyini eşidib. Mübahisə daha çox söyüşlə əvəzlənəndə Dəyanət özünü saxlaya bilməyərək Paşa Yusifova iradını bildirib. Beləcə tərəflər arasında ciddi mübahisə davaya, sonra da bıçaqlanmaya keçib.

Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 2


Nəticədə kənd sakini, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndliləri - 38 yaşlı Dəyanət Həşimova və 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirib.
 

Dəyanət Həşimov aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Bünyad Babazadə isə boyun nahiyəsindən xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib.


Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 3

Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.


Qətlə yetirilən Dəyanət Həşimovun atası Vahid Həşimov hadisə ilə bağlı saytımıza danışıb. O, bildirib ki, kəndin əksər insanları qətli törədən Paşanı normal insan kimi xakarterizə etmir:
 

“Valideynləri belə onu övladlıqdan siliblər. Həmişə problemli adam kimi tanınıb. 39 yaşı var, bu günə kimi kimsə deyə bilməz ki, ondan xoş bir xəbər eşidib. Elə bu səbəbdəndir ki, bu yaşa çatıb evlənməyib. Nəticəsi də belə...”, -deyə Vahid Həşimov fikrini tamamlayıb.



Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 4

Qeyd edək ki, hadisənin baş verdiyi yerə yaxın ərazidə Dəyanətin mərasim çadırı qurulub. Ailə üzvləri baş verənlərin şokunu yaşadığı halda məsələnin nədən və necə qaynaqlandığını tam bilmir.

Vahid Həşimov deyib ki, yas mərasimi başa çatandan sonra hər şeylə ətraflı maraqlanacaqlar.

Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 5


O, deyib ki, kənddə üç ailə heç nədən küsülü düşüdü, güvən və etimad yoxa çıxdı.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Paşa Yusibov polis tərəfindən saxlanılıb.

Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 6


Barəsində cinayət işi başlanılıb, istintaq aparlır.

Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI - ÖZƏL/FOTO - foto 7


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO