Füzuli şəhərində tibbi aksiya: 170 nəfərə yaxın vətəndaş müayinədən keçdi - FOTO

Füzuli şəhərində tibbi aksiya: 170 nəfərə yaxın vətəndaş müayinədən keçdi - FOTO

Hazırda oxunan: Füzuli şəhərində tibbi aksiya: 170 nəfərə yaxın vətəndaş müayinədən keçdi - FOTO

261599

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
 

Növbəti belə aksiya bu gün Füzuli şəhərində keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.


Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.

Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən "Böyük Qayıdış"a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO