“Araz Naxçıvan” “Trabzonspor”a QALİB GƏLDİ

“Araz Naxçıvan” “Trabzonspor”a QALİB GƏLDİ

Hazırda oxunan: “Araz Naxçıvan” “Trabzonspor”a QALİB GƏLDİ
260441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Konfrans Liqasında çıxış edəcək "Araz-Naxçıvan" Ərzurumda təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı son sınaq matçında yerli “Trabzonspor”la qarşılaşıb.

Super Liqa təmsilçisi ilə görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra daha inamlı təsir bağışlayan "Araz-Naxçıvan" qalib gəlib. Komandanın heyətində Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasovl fərqləniblər.

Yoxlama oyunu

17 iyul

18:00. "Araz-Naxçıvan" - "Trabzonspor" - 3:2

Qollar: Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov.

Qeyd edək ki, Konfrans Liqasında oynayacaq "Araz-Naxçıvan" Türkiyədə əvvəlki yoxlama oyunlarında yerli “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspor"a 1:2 hesabı ilə uduzub.

Rəşad rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO