10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO

Hazırda oxunan: 10 yaşlı gimnastın vətənpərvərlik nümayişi — FOTO
257424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı gimnast Mətanət İbrahimova 2014 B kateqoriyasında dünyanın bir çok ölkələrindən qatılan idmançılarla bərabər Türkiyənin İstanbul şəhərində keçirilən “İstanbul Cup Uluslararası” və “Performance Cup Uluslararası” yarışmalarında iştirak edib.

Bizim.Media xəbər verir ki, 26-29 iyun 2025 tarixində kecirilən yarışmalara, Azərbaycandan da bir neçə bədii gimnastika klublarının ritmik gimnastları qatılıb, dərəcələr əldə ediblər.
 

Mətanət İbrahimova isə Türkiyənin İstanbul şəhərində qurucusu Azərbaycanın Olimpiya, Dünya və Avropa çempionu olan Valerya Yegayın Alev gimnastika klubunun üzvü, Türkiyə Gimnastik Federasiyasının lisenziyalı idmançısıdır. “İstanbul Cup Uluslararası” yarışmasında top və lent ilə yarışan Mətanət, top aləti ilə 3-cü, lent aləti ilə 8-ci olub.


“Performance Cup Uluslararası” yarışmasında isə Mətanət Halqa və İp aləti ilə çıxış edərək, Halqada 7-ci, İpdə isə 2-ci olub. Azərbaycanla yanaşı başqa ölkələrin nümayəndələrinin həm hakim, həm yarışmaçı kimi qatıldığı yarışda, Mətanətin Halqa aləti üçün seçdiyi mahnı da maraq doğurub. Bir çox millətlərin sahib çıxmaq istədiyi Azərbaycanın milli sərvəti sayılan “Sarı gəlin” mahnısı məhz Mətanətin Halqa yarışında 1 dəqiqə 30 saniyə Safura Əlizadənin ifası ilə Azərbaycan dilində səslənib.

Bir çoxları hətta hazırlıq prosesində belə, mahnıya sahib çıxmaq istəsə də, 10 yaşlı Mətanət Azərbaycanın milli sərvətinə sahib çıxaraq, Azərbaycan dilində məhz “Sarı Gəlin”-in sədaları ilə gözəl çıxış edərək, dərəcə də qazanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO