İbrahimoviç Messinin komanda yoldaşlarını ƏLƏ SALDI

İbrahimoviç Messinin komanda yoldaşlarını ƏLƏ SALDI

Hazırda oxunan: İbrahimoviç Messinin komanda yoldaşlarını ƏLƏ SALDI
257343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klublararası dünya çempionatındakı məğlubiyyətdən sonra ABŞ-ın “İnter Mayami” klubunun üzvlərini tənqid edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə MLS-də “Los-Anceles Qelaksi”nin formasını geyinmiş veteran hücumçu Lionel Messinin komanda yoldaşlarını heykələ bənzədib.
 

“Məğlub olan Messi yox, “İnter Mayami” oldu. Leo komanda yoldaşları ilə deyil, heykəllərlə oynayır. O, elə futbolçularla əhatə olunub ki, sanki içi sementlə dolu olan torbaları daşıyırlar. Bu, mənim tanıdığım Messi deyil. Amma onu əsl komandaya versəniz, yenə də stadionu alovlandıracaq”, – deyə Z. İbrahimoviç bildirib.


Qeyd edək ki, 1/8 finalda Fransanın PSJ klubuna 0:4 hesabı ilə uduzan “İnter Mayami” turnirlə vidalaşıb.

1/4 finala yüksələn Paris təmsilçisi bu raundda Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO