Yığmamız Ermənistana qalib gəldi

Yığmamız Ermənistana qalib gəldi

Hazırda oxunan: Yığmamız Ermənistana qalib gəldi
257004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalarımız uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Bizim.Media xəbər verir ki, bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.

İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO