Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO

Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO

Hazırda oxunan: Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO
254644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda yaranmış böhran fonunda Azərbaycana təxliyə olunan xarici ölkə vətəndaşlarının bir qismi artıq Astara Sərhəd-Gömrük buraxılış məntəqəsindən keçərək ölkəyə daxil olublar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin mərhələdə Qazaxıstanın 6 vətəndaşı Astaradakı sərhəd məntəqəsindən keçid edərək Azərbaycana daxil olub. Onlar sərhəd-keçid prosedurlarından, pasport qeydiyyatından uğurla keçib, təşkil olunmuş çay süfrəsində iştirak ediblər. Qonaqlar Azərbaycan çayından və yerli şirniyyatlardan dadaraq, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası bir sıra ölkələrin müraciəti əsasında İranda çətin vəziyyətdə qalan vətəndaşların quru yolla təxliyəsinə dəstək göstərir. Yaxın günlərdə Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin, həmçinin tanınmış rejissor və Rusiya Xalq artisti Fyodr Bondarçukun da daxil olduğu ümumilikdə 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndəsinin Azərbaycandan keçid edərək öz ölkələrinə yola salınması planlaşdırılır.

Astara gömrük-keçid məntəqəsində təxliyyə olunan şəxslərin təhlükəsiz və rahat qarşılanması üçün tibbi heyət, təcili yardım avtomobili və digər zəruri xidmətlər hazır vəziyyətə gətirilib.


Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO - foto 1
Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO - foto 2
Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO - foto 3
Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub - FOTO - foto 4


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO