Qarın ağrısından şikayət etdi, mədəsindən 74 paket kokain ÇIXDI – Film kimi OLAY

Qarın ağrısından şikayət etdi, mədəsindən 74 paket kokain ÇIXDI – Film kimi OLAY

Hazırda oxunan: Qarın ağrısından şikayət etdi, mədəsindən 74 paket kokain ÇIXDI – Film kimi OLAY

253404

Yaponiyada polis qarın ağrısından şikayət edən qadının mədəsində 74 kisə kokain aşkar edib.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, Osakanın Kansai hava limanında yapon sərhədçiləri ölkəyə kokain keçirmək istəyən əcnəbi qadını saxlayıb. 

Sözügedən qadın 35 yaşlı Cessika Ramos de Souza adlı Braziliya vətəndaşı olub.

Gömrük nəzarətindən keçərkən qadının narahat görünməsi məmurların diqqətini çəkib və onu əlavə yoxlamadan keçirməyi qərara alıblar. Yoxlama zamanı qadının alt paltarında gizlətdiyi 13 paket kokain tapılıb və qadın saxlanılıb.
 

Saxlanılandan bir neçə dəqiqə sonra Souza şiddətli qarın ağrısından şikayət etməyə başlayıb. Həkimlər braziliyalını rentgenə göndərib və onun mədəsində daha 74 paket kokain olduğunu aşkar ediblər. 


Müsadirə edilən narkotik vasitənin ümumi çəkisi 675,5 qram təşkil edib. 

Cessika Yaponiyanın Narkotiklərə Nəzarət Qanununu pozmaqda ittiham edilərək həbs edilib. O, günahını etiraf edib, lakin kokaini satmaq niyyətində olmadığını bildirib. Müstəntiqlər hələ də narkotikin mənşəyini və şübhəliyə yardım edən şəxsləri araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO