
- A-
- A
- A+
Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlıq müzakirə olundu - FOTO
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə arasında yük dövriyyəsinin artırılması, eləcə də Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































