“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri – SİYAHI

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri – SİYAHI

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri – SİYAHI
246675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının 2025-26 mövsümündə I təsnifat mərhələsindən mübarizəyə başlayacaq komanda sayı 18-ə çatıb.

Bizim.Media xəbər verir ki, daha bir neçə klub ölkə çempionu olmaqla bu turnirə vəsiqə qazanıb.

Yarışa I təsnifat mərhələsindən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərinin də sayı artıb. Püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq Ağdam təmsilçisinə “Differdanj”, “İberiya”, “Vikinqur”, “Şelburn” və ya “Virtus” düşə bilər. Çünki adları sadalanan komandalar zəiflərin səbətində olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Qarabağ” (Azərbaycan)

“Lüdoqorets” (Bolqarıstan)

“Malmö” (İsveç)

“Jalgiris” (Litva)

RFS (Latviya)

“Kuopio” (Finlandiya)

TNS (Uels)

Səpələnməmişlər:

“Differdanj” (Lüksemburq)

“İberiya” (Gürcüstan)

“Vikinqur” (Farer adaları)

“Şelburn” (İrlandiya)

“Virtus” (San Marino)

Qeyri-müəyyənlər:

“Breydablik” (İslandiya)

“Linfild” (Şimali İrlandiya)

“Buduçnost” (Monteneqro)

“Levadiya” (Estoniya)

“Dinamo” (Minsk, Belarus)

“Kayrat” (Qazaxıstan).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO