Pezeşkian: “Azərbaycanda özümüzü qərib hesab etmirik”

Pezeşkian: “Azərbaycanda özümüzü qərib hesab etmirik”

Hazırda oxunan: Pezeşkian: “Azərbaycanda özümüzü qərib hesab etmirik”
246383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bizdə Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur. İnşallah Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə bu öz əksini tapacaq”.

Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
 

“Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik.


Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq.

Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq”, - Pezeşkian vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO